Qulu Məhərrəmli yeni yaradılan "Medianın İnkişaf Agentiyi"ni dəyərləndirdi


"Yeni yaradılan "Medianın İnkişaf Agentiyi" daha çox intermet sayıtlarının fəaliyyətini tənzimləməklə məşğul olacaq".



Bunu Qaynarinfo-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli bildirib. Onun fikrincə, həm də ənənəvi olaraq yazılı mətbuata ayrılan maliyyə yardımlarının daha müasir, daha ədalətli formasını tapmaq lazım gələcək: "Biz həmişə gözləmişik ki, Azərbaycanda media cəmiyyətə yüksək keyfiyyətdə informasiya versin. Bunu həmişə gözləmişik və indi də o gözləntilər qalır. Amma bizdə bu günə kimi həm media sahəsində, həm ictimai təşkilatlarda olan şəxslər özünü doğrultmayıb. Məsələn, müəyyən mənada Mətbuat Şurası lazım olan gözləntiləri doğrultmadı, media cəmiyyətin tələblərinə cavab vermədi. Aparılan yalnış siyasət, yanaşma nəticəsində Azərbaycan mətbuatı tamamilə küncə sıxışdırıldı. Keyfiyyətli media sıradan çıxarıldı. Ona görə də bu gün yeniliyə hamı ümidlə baxır. Prinsipcə "Medianın İnkişaf Agentliyi"nin nizamnaməsini oxuyanda orada medianın müasir meylləri, tələbləri, ehtiyacları orada görünür, nəzərə alınıb. Hər halda peşəkar hazırlanmış nizamnamədir. Sadəcə, ümid edirik ki, onların reallaşdırılması elə mexanizmlərlə işlənəcək və media bundan qazanacaq".

Qulu Məhərrəmli media sahəsində tənzimləmələrin nəzərdə tutulduğunu qeyd edib: "Bizdə də tənzimləmə deyən kimi məmurlar ağıllarına birinci növbədə məhdudiyyətləri gətirirlər. Necə edək ki, bu medianın fəaliyyətini məhdudlaşdıraq, jurnalistləri daha çox asılı vəziyyətəı salaq, onlar biz deyənləri yazsınlar, biz deyənləri eləsinlər və s. Amma medianın fəlsəfəsi fərqlidir. Jurnalistikanın cəmiyyəti məlumatlandırmaq missiyası, onun ictimai nəzarət funksiyası var. Bax bunları reallaşdırılması üçün şərait olsa, bunlar görünsə, həm dövlət intizamı udar, həm informasiya sahəsindəə təhükəsizlik məsələlərini həll eləmiş olarıq, həm də cəmiyyəti keyfiyyətli, dürüst, alternativ məlumatlarla təmin edə bilərik. Biz gözləyirik ki, MİA həm dünya mediasındakı trendləri gətirə bilsin, standartlar tətbiq olunsun, medianın maddi-texniki bazası yüksəlsin, innovasiyalar tətib olunsun. Bunlar çox önəmli məsələlərdir. Ümid edirik ki, bunun öhdəsindən gəlmək mümkün olacaq".

Qulu Məhərrəmli heç kimin oxumadığı qəzetlərə 50-100 min maliyyənin verildiyini də vurğulayıb: "O qəzetləri oxuyan yoxdur. Axırıncı dəfə də bölgü aparılanda obyektivlik və ədalət yox idi. Yaxşı qəzetlərlə mənasız qəzetləri eyniləşdirmək ədaləti pozmaqdır. Əgər agentlik bu cür prinsiplərlə, belə kriteriyalarla çalışacaqsa, bu da olacaq KİVDF-in başqa versiyası. Ona görə açıq nəzərlərlə baxmaq, Azərbaycan mediasının gələcəyini nəzərdə tutmaq, daha çox müstəqil medianı inkişaf etdirmək niyyətləri olacaqsa, MİA jurnalistikaya və bizim həyatımıza böyük fayda vermiş olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu