Portuqaliyada prezident seçkiləri keçirilir


Portuqaliyada prezident seçkiləri keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08.00 açılıb, saat 19.00-da bağlanacaq.

Ölkədə səsvermə hüququna malik 9 milyondan çox insan var. Hazırkı Prezident Marselu Rebelu di Souza daxil olmaqla, prezident kürsüsünə 7 iddialı var.

Prezident 5 il müddətinə seçilir. Sosioloji sorğulara əsasən, 2016-cı ildən bu postu tutan Marselu Rebelu di Souza seçkilərin favoritidir. Əgər namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplamazsa, fevralın 14-də ikinci tur keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu