Xəzərdə güclü zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.
Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 4,5 olan yeraltı təkanın dərinliyi 60 km olub.
Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub