Zəlzələ bu rayonlarda hiss olunub - RƏSMİ
![](/uploads/posts/2023-12/1701931013_zelzele4.jpeg)
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə AFN.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.