Daha bir itkin hərbçimizin şəhid olması xəbəri gəlib - FOTO


Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 29 yaşlı Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu məlum olub.



Modern.az xəbər verir ki, müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan, itkin düşdüyü ehtimal edilən Tural İsayevin şəhid olması artıq təsdiqini tapıb.

Mərhum hərbçimizin nəşi sabah Siyəzən rayonuna gətiriləcək və doğulduğu Yenikənd kəndində torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu