Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb
![](https://qaynarinfo.az/file/pic/xeber/2021-04/1617688831_untitled-1.jpg)
"Report"un Qarabağ mərkəzi xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ilin iyulun 14-də anadan olub. O, 2014-2016-cı illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.
Allah rəhmət eləsin!