Rusiyada 21 yaşlı futbolçunu qətlə yetirənlər saxlanıldı


Rusiyada “İrtış” futbol komandasının keçmiş oyunçusu, 21 yaşlı Yeqor Drobışın qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə nümayəndəliyi xəbər yayıb.

Qeyd olunub ki, 33 yaşlı şəxs öz evində, ikinci şübhəli isə tanışının mənzilində saxlanılıb.

Xatırladaq ki, Y. Drobış dostu Vitali Romançukla mağazadan qayıdan zaman onlara soyğunçuluq məqsədilə hücum edilib. Romançuk boynundan, Drobış isə sinəsindən bıçaq zərbəsi alıb. Futbolçu aldığı zərbələrdən həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu