Rusiyalı futbolçu qətlə yetirildi


Rusiyanın "İrtış" klubunun futbolçusu Yeqor Drobış qətlə yetirilib.


"Report" "LİFE SHOT"a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ürək nahiyyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisə Omska şəhərində baş verib. İddiaya görə, gecə saatlarında dostu ilə sərxoş halda marketdən qayıdan oyunçuya naməlum şəxslər hücum ediblər. Nəticədə Drobış hadisə yerində dünyasını dəyişib. Dostu isə reanimasiyaya yerləşdirilib.

Polis cinayətkarları axtarır.

Qeyd edək ki, Yeqor Drobış "İrtış" klubunun aparıcı futbolçularından olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu