"Baku Medical Plaza"nın Vətən Müharibəsində iştirak edən həkimləri fəxri fərmanla təltif olunub


"Baku Medical Klinika"nın Vətən Müharibəsində iştirak edən, yaralılara yardım göstərən həkimləri müvafiq hərbi hissələrin rəhbərlikləri tərəfindən fəxri fərmanla təltif ediliblər.



Klinikadan bununla bağlı verilən məlumatda deyilir:

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi idi. 44 gün ərzində Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları da əsgərlərimizlə birgə mübariz mövqe sərgilədilər, hər biri çalışdığı sahənin qorxmaz əsgərinə çevrildi! Onlar ön və arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm oldular, tarixi Zəfərə öz töhfələrini verdilər.

Kamil Gökhan Açar - Ümumi cərrah
Rafət Əliyev - Direktor
Vüsal Mahmudov - Travmatoloq
Alik Qurbanov - Ümumi cərrah
Bəxtiyar Qəhrəmanov - Ümumi cərrah
Rəşad Cəfərov - Ümumi cərrah
İsrafil Həsənov - Ümumi cərrah
Eslanda Səlimova - Ümumi cərrah
Əsədova Günay - Ümumi cərrah
Xəyyam Babayev - Ümumi cərrah
Rauf Kərimov - Plastik cərrah
Tengiz Cəlilov - Damar cərrahı
Kamal Quliyev - Anestezioloq-Reanimatoloq
Ərəstun Məmmədov - Anestezioloq-Reanimatoloq
Elşən Həsənov - Anestezioloq-Reanimatoloq
Vüsal Eyvazov - Anestezioloq-Reanimatoloq
Ruslan Əsədov - Radioloq
Tural Rəhimli - Neyrocərrah
Tural Hidayətov - Neyrocərrah
Tural Rəcəbov - Neyrocərrah
Bəxtiyar Hüseynov - Uroloq
Zaur Aslanov - Neyrocərrah
Niyazi Qəmbərli - Ümumi cərrah
Vüsal İsmayılov - Travmatoloq
Kuliyev Pərviz - Radioloq
Nərgiz Əhmədova
Dilqəm Məhərrəmov
Səlimə Səfərova - Anestezioloq-Reanimatoloq
Rəna Əhədova - Anestezioloq-Reanimatoloq
Mobil Qəhrəmanov - Anestezioloq-Reanimatoloq
Əsmər Quliyeva - Ümumi cərrah (Rezident)

Döyüş bölgəsində yaralı əsgərlərin ümid yerinə çevrilən fədakar həkimlərimiz bütün bunları özlərinə mənəvi borcu hesab edir. Qazanılmış qələbədə müzəffər Azərbaycan Ordusu ilə yanaşı, onların sağlamlığı keşiyində dayanan həkimlərimiz də yeni və qürurlu tarix yazdı!

"Baku Medical Plaza Klinikası" olaraq Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə isə tezliklə sağlamlıqlarının bərpa olunmasını arzulayırıq. Əsgər və zabitlərimizin səhhətinin qayğısına qalan qəhrəman həkimlərimizlə isə fəxr edirik!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu