Myanmada hərbçilər 11 naziri vəzifədən kənarlaşdırıb


Myanmada dövlət çevrilişi həyata keçirən hərbçilər 11 naziri tutduğu vəzifədən kənarlaşdıraraq onların yerinə “öz adamları”nı təyin ediblər.

“Report” xəbər verir ki, bu barədə “Myawadi” xəbər portalı məlumat verib.

Bundan əlavə, 24 nazir müavini də vəzifəsindən uzaqlaşdırılıb. Müvafiq sənədi Myanma Silahlı Qüvvələrinin Baş Komandanı Min Aunq Hlayn imzalayıb.

Məlumata görə, Xarici İşlər, Maliyyə, Təhsil, Nəqliyyat, Səhiyyə, İttifaq İşləri, Planlaşdırma və Sərhəd Mühafizəsi nazirliklərinə yeni rəhbərlər təyin edilib.

Xatırladaq ki, fevralın 1-i səhər saatlarında Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu