Azərbaycanda COVID-19-a qarşı vaksinasiyanın ikinci mərhələsi başlayır


Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılır.



AFN xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.

İkinci mərhələdə peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb. Bunlar aşağıdakılardır:

- Yaşı 50 və daha çox olub ən azı bir xroniki xəstəliyi olanlar

- Tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar,

- sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN Xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi,

- yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) çalışan şəxslər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu