Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara başlayır


Bu aydan Rusiyanın “Pobeda” aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirəcək.



“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Azərbaycanla yanaşı, aviadaşıyıcı Yunanıstan, Seribiya, Xorvatiya və Omanı da fevraldan yeni uçuş istiqamətləri siyahısına əlavə edib. Apreldən isə "Pobeda" Türkiyəyə aviareyslər yerinə yetirmək niyyətindədir.

Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb. 15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycanla beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu