Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq


Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.



“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”-in baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana avaireyskər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu