Təhsil Nazirliyi: Dərnək məşğələləri bərpa olunur
![](https://static.report.az/photo/37efb0e9-9d2e-3fbc-9949-99a772ce52a4_850.jpg)
Bu barədə AFN-ə Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.