Valideynlərin nəzərinə -Təhsil Nazirliyi VACİB məlumat yayıb
![](https://azerforum.com/storage/users/6173/articles/4550262/main/1612781899-750-450.jpg)
"Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər".
AFN "Ölkə.Az"-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.