Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub
Ermənistanda Göyçə gölünün yaxınlığında yerli vaxtla saat 19:35-də zəlzələ qeydə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 5.2 bal gücündə baş verən zəlzələnin episentri Gürcüstanla sərhəddən 81 kilometr aralıda, Azərbaycanla sərhəddə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Qeyd edək ki, zəlzələ Azərbaycanın qərb bölgələrində və Gürcüstanda da hiss edilib.