Azərbaycanda növbəti yeraltı təkanlar qeydə alınıb - YENİLƏNİB


Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.


AFN Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.

***

Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələ Şamaxı ərazisində yerli vaxtla 16:46-da qeydə alınıb.

"Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub",- o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu