Koronavirusun yayılmasına səbəb olan yeni amillər aşkarlandı
“Report” “Cyprus Mail”ə istinadən xəbər verir ki, bu nəticəyə Nikosiya Universitetinin Tibb məktəbinin alimləri gəliblər.
Mütəxəssislər diqqəti ona yönlədiblər ki, müasir proqnozlarda yalnız bir neçə faktor - xəstələrin sağalma və patogenin ötürülmə sürəti tez-tez nəzərə alınır. Onlar COVID-19 xəstəliyinin indeksi vasitəsilə iqlim effektlərini nəzərə alan kompüter modelini yaradıblar. Qeyd edilir ki, bu metod Paris, Nyu York və Rio-de-Janeyroda ikinci koronavirus dalğasını proqnozlaşdırmağa kömək edib.
Alimlərin sözlərinə görə, məsələn, küləyin sürəti infeksiyanın yayılmasına əhəmiyyətli dərəcədə təsir edir. Mütəxəssislər qeyd ediblər ki, hətta virusu özündə saxlayan damcılar zəif külək vaxtı əhəmiyyətli dərəcədə, daha sürətli yayılırlar. Onlar bununla əlaqədar olaraq daha böyük sosial məsafəni təkrar gözdən keçirməyə çağırıblar. Qeyd edilir ki, iki metrlik məsafə insanlar arasında minimal təhlükəsizdir.
Universitetin Tibb məktəbinin professoru Dimitris Drikakis qeyd edib ki, COVID-19-a yoluxma sayı yay aylarında azalır, nisbi rütubət və küləyin sürətinin artımı ilə artmağa başlayır. Bu halda infeksiyanın yayılması regionun ekvadordan şimalda və ya cənubda yerləşməsindən asılı olaraq fərqlənir.