Biləsuvarda üç uşaq atası intihar edib


Biləsuvar rayonunda intihar hadisəsi baş verib.



"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, İ.Buldov ailəli idi, üç uşağı var.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu