Biləsuvarda gənc qadın intihar edib
![](https://static.report.az/photo/781cf71a-0306-42ed-853e-541b38dfacec_850.jpg)
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1997-cı il təvəllüdlü Astanlı Aytac Dilavər qızı yaşadığı evin həyətində olan tövlədə özünü asıb.
Mərhum ailəli olub, bir övladı var.
Faktla bağlı araşdırma aparılır.