Gənc qadın övladı olmur deyə intihar edib


Ağdamda 21 yaşlı gənc qadın intihar edib.

AFN.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə ictimai fəal Vəfa Sərdar məlumat verib. Onun sözlərinə görə, gənc qadın övladı olmadığı üçün həyatına qıymaq qərarına gəlib.
"Kaş bu qədər gücsüz olmasaq... Ona nə dedilər ki, həyatının ən qaynar çağında dünyadan qoparıb torpağın köksünə atdı özünü? Nə dedilər? Ailəmi öldürdü onu, savadsız həkimin qoyduğu diaqnozmu, yoxsa qulağına çatan hansısa sözmü? Günahkar axtarmaq gecdir. Təəsüf..." - deyə V.Sərdar olay haqda bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu