ABŞ-da azərbaycanlı gənc itkin düşüb


ABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb.



"Report"un yerli bürosunun məlumatına görə, ABŞ vətəndaşı olan azərbaycanlı gənc Nyu-Yorkun Park Avenyu küçəsindəki ünvanından 1 həftə əvvəldən yoxa çıxıb. Eyni küçədə yaşayan valideynləri də ondan xəbəri yoxdur.

Polis R. Aslanovla bağlı axtarış aparır.

Dostları onun bir müddət əvvəl bir qara dərili ilə əlbəyaxa dalaşdığını və qarşı tərəfdən hədələndiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu