Bazarda bu məhsullar bahalaşıb - QİYMƏTLƏR - VİDEO


Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.



AFN Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var.

Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl soğanın qiyməti 30-50 qəpik civarında idi.

Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.

Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.

8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu