Meyvə və tərəvəzin qiyməti kəskin bahalaşdı - VİDEO
![](/uploads/posts/2023-09/1694776515_1694773484_1600087878_f15232be-1b03-465c-b674-a733c0cbdd15.jpg)
Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti məhsuldarlığa xeyli təsir edib.
Məhsuldarlığın aşağı düşməsi isə paytaxt bazarlarında özünü göstərib.
Bəzi kənd təsərrüfatı məhsullarının qiymətində bir neçə dəfə artım müşahidə olunub.
Satıcılar arb-yə deyib ki, bu günə qədər yeşiyi fermer tərəfindən 12 manata satılan pomidorun qiyməti indi 30-35 manat olub. Bu da göründüyü qiymətə ciddi təsir göstərib.
Eyni zamanda satıcılar üzüm, şaftalı, kələm, soğanın da qiymətində artım olduğunu təsdiqləyiblər.