Səudiyyə Ərəbistanı yaxın aylarda neft hasilatını artıracaq


Səudiyyə Ərəbistanı yaxın aylarda neft hasilatını artırmağı planlaşdırır.



“Report” xəbər verir ki, bu barədə “Dow Jones” məlumat verib.

Xatırladaq ki, yanvar ayının əvvəlində Səudiyyə Ərəbistanı neft qiymətlərini dəstəkləmək üçün könüllü olaraq fevral-mart aylarında neft hasilatını gündəlik 1 milyon barel azaltmağı üzərində öhdəlik kimi götürmüşdü.

“Ancaq indi - neftin son bir ildə ən yüksək səviyyədə ticarət edildiyi anda Ər-Riyad ixtisarlardan imtina etməyi düşünür və bunu gələn ay OPEC ölkələrinin görüşün zamanı elan etmək niyyətindədir”, - mənbələr “Dow Jones”a bildiriblər.

Onların sözlərinə görə, Səudiyyə Ərəbistanı artıq mart ayının sonuna qədər ixtisar barədə öhdəlik götürdüyündən hasilatın artımı aprel ayına qədər baş verməyəcək.

“Dow Jones”un mənbələri həmçinin bazar şərtləri dəyişəcəyi təqdirdə krallığın da planlarının dəyişə biləcəyini qeyd edirlər. Bu səbəbdən də Səudiyyə Ərəbistanının nümayəndələri hələ OPEC dövlətlərinə niyyətlərini bildirməyiblər.

“Hazırda bazarda vəziyyət bir il əvvələ nisbətən daha yaxşıdır, amma bir daha sayıqlığımızı itirməməli olduğumuza dair xəbərdarlıq etməliyəm. Çünki qeyri-müəyyənlik çox yüksəkdir və biz son dərəcə diqqətli olmalıyıq”, - Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman Beynəlxalq Enerji Forumunda çıxışında söyləyib.

Qeyd edək ki, OPEC+ nazirləri aprel ayından etibarən hasilat səviyyələrinə qərar vermək üçün martın 4-də görüş keçirəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu