Karantini pozan qız cərimə yazılmasın deyə polisi öpdü, kameraya düşdü - VİDEO


Karantin qaydalarını pozan qadının qeyri-etik davranışı polisin işdən qovulması ilə nəticələnib.



AFN
haberler-ə istinadla bildirir ki, karantin qaydalarını pozan qadın cərimə yazılmasın deyə anidən polisi öpüb. Bu anın görüntülərinin sosial şəbəkədə yayılmasından sonra polis işdən qovulub.

Olay Perunun paytaxtı Limada yaşanıb. Lima Polis departamentindən verilən məlumata görə qızın öpdüyü polis işdən uzaqlaşdırılıb, qadına isə cərimə yazılıb.

Qeyd edək ki, pandemiyanın yayılmasının qarşısının alınması əsas gətirilərək bir sıra ölkələrdə qadağalar tətbiq olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu