Buzovnada faciə: azyaşlı yüksək gərginlikli elektrik xəttinə düşərək kül oldu


Xəzər rayonu, Buzovna qəsəbəsində faciə baş verib.



AFN xəbər verir ki, iki azyaşlı qəsəbə ərazisindəki paylayıcı qurğularda elektrik xətlərinin üzərinə yıxılıb. 863 saylı PQ-nin ərazisindən dəmir (məftil) yığmağa gələn məktəbli uşaqlardan biri elektrik vurması nəticəsində yanıb kül olub. Digəri isə xəsarət alaraq qurtula bilib. Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, hər iki azyaşlının məktəb çantası yanlarında olub: "Çantada məftillər var, ona görə ehtimal edilir ki, uşaqlar ora məftil toplamağa gəliblər. Yarlmstansiyanın içinə giriblər və biri yuxarı çıxaraq məftil kəsmək istəyib, bu zaman tok vuraraq öldürüb. Yəqin ki, digəri hadisəni görəndə qaçmaq istəyib, bu zaman ayağı dolaşıb yıxılıb, başı qanamışdı, qan içindəydi. Təcili yardım maşını ilə aparıldı xəstəxanaya".
Hazırda hadisə yerində mədənin işçiləri, polis və həkimlər var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu