Yardımlıda qazi intihar etdi - dəhşətli döyüş səhnələrindən danışırmış

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.
Bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.
Jurnalist bildirib ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış: "Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı".
Faktla bağlı araşdırma aparılır.