Rusiya Avropa Şurasından çıxır?


Rusiyanın Avropa Şurasındakı daimi nümayəndəsi İvan Soltanovski ölkəsinin qurumdan çıxacağı ilə bağlı deyilənlərə münasibət bildirib.



Bu barədə TASS məlumat yayıb.

"Kütləvi İnformasiya Vasitələri mütəmadi olaraq Rusiyanın tezliklə Avropa Şurasından çıxacağı haqqında real mənbəyi olmayan şayiələr yayırlar. Bu bizim ümumi işimizin xeyrinə deyil",-deyə səfir vurğulayıb.

Soltanovski bildirib ki, Rusiya bu qurumda öz milli maraqlarını qorumaqda davam edir.

Qeyd edək ki, Rusiya Avropa Şurasına 25 il əvvəl daxil olub. Bu müddət ərzində süni intellekt, ekologiya, biotexnologiya və indiki zamanda isə koronavirusla mübarizə sahəsində birgə əməkdaşlığın inkişafında Rusiya daim fəal olmağa çalışıb.//Cebhe.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu