Ziya Məmmədovun qardaşının məşhur şirkəti bu şirkətlə birləşdi


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirmiş və uzun illər kompleksi idarə etmiş "Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib.



Fəaliyyətinə xitam verilən "Bakı-XXI Əsr” MMC "Top Properties” MMC-yə birləşib.

"Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti "Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.

Xatırladaq ki, Ötən il "Bakı-XXI Əsr” MMC-nin tərkibindən ayrılma baş vermiş və nəticədə "Krosvey" MMC yaradılmışdı. Bununla əlaqədar "Bakı-XXI Əsr” yenidən təşkil olunmuşdu.

Qeyd edək ki, "Bakı XXI Əsr” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsusdur.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.

"Top Properties” isə ötən il yaradılıb. Onun nizamnamə kapitalı 24 milyon 62 min 310 manat 50 qəpikdir. "Top Properties” MMC "Top Texnoloci” MMC və "Modern Texnoloci & İnvestmənts” MMC şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Şirkətin qanuni təmsilçisi isə Vasif Məcnunov Əfi oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu