Bakı Beynəlxalq Avtovağzal Kompleksi tənqid edildi: Dəfələrlə reysi təxirə salırlar...


Vətəndaşlar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şikayətçidirlər.


AFN.az xəbər verir ki, Bakı sakini Sevinc Məmmədova qurumun yarıtmaq fəaliyyət göstərdiyini bildirib. Şikayətçinin sözlərinə görə, BBAK-ın 1414 qaynar xəttinə zəng edərək avtobusların yola düşmə saatını soruşub: "Bizə bildirildi ki, saat 12:00-a reys var. Bilet aldıq, planlarımızı qurduq, həmin saatda avtovağzalda olduq. Məlum oldu ki, 12:00 reysi xəttə çıxmayıb. Dedilər ki, istəsəniz 14:00 reysilə gedə bilərsiniz, istəməsəniz də başınızın çarəsinə baxın.
Bu, artıq ikinci dəfədir ki, belə halla qarşılaşırıq. Biz ildə iki dəfə avtovağzalın xidmətindən istifadə edirik, ikisində də əsəb yaşayırıq. Vay gündəlik istifadə edənlərin halına. Belə məsuliyyətsizlik olmaz!"

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, 28.02.2024-cü il saat 12:00-a təyin olunan Bakı-Oğuz reysi üzrə hərəkət etməli olan, “Rüfət” MMC-yə məxsus nəqliyyat vasitəsində son anda texniki nasazlıq aşkar edilib: "Buna görə, reys ləğv edilib və bütün sərnişinlər saat 14:00-olan reysə yönləndirilib. Satılan cəmi 3 biletin ödənişləri sərnişinlərə geri qaytarılıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksi baş vermiş xoşa gəlməz hadisəyə görə, məyusluğunu bildirir. Vətəndaşlardan xahiş edirik, bir daha belə xoşa gəlməz hadisə ilə qarşılaşdıqları zaman Məlumat mərkəzinə yaxınlaşsınlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu