Xaçmaz sakinində silah-sursat aşkarlandı
![](https://static.report.az/photo/020259eb-4edd-3afc-af5c-a86572418ef5_850.jpg)
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Əliyevin yaşadığı evə baxış zamanı oradan “AK-74” markalı avtomat silahı və 30 ədəd patron aşkar edilərək götürülüb.