Sevgilisinin ailəsi gənci YANDIRDI - Azərbaycanda DƏHŞƏT
Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə yanar maye tökülərək yandırılıb. İddiaya görə, bu hərəkət Ə. Eyvazova qarşı sevdiyi qızın ailəsi tərəfindən edilib.
Ə.Eyvazovun anası Sevil Eyvazova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, martın 7-də Bərdə rayon sakini, həkim Natiq Məmmədov Əliəhədə zəng edərək onu Bərdəyə çağırıb:
"Deyib ki, gəl kişi kimi söhbət edək. Natiq onu restorana aparıb spirtli içki içirdib, sonra da evinə aparıb".
S.Eyvazovun iddiasına görə, orada Natiq Məmmədov və qardaşı oğlu Orxan Əliəhədin qollarını tutub, qızı isə "butulka”dan yanar maye tökərək onu yandırıb: "Sonra isə qız və anası Əliəhədin qollarını tutaraq onu özünü söndürməyə imkan verməyiblər. Bunun ardınca qız balta gətirərək Əliəhədin başını kəsmək istəyib, bunun da izləri də qalıb”.
Məlumata görə, Ə. Eyvazov Natiq Məmmədovun qızını sevirmiş. N. Məmmədovun rayon ərazisində sahibkarlıqla məşğul olduğu deyilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.