"Yevlax Gənclər Evi"nin aksiyası etirazla qarşılandı - VİDEO


"Yevlax Gənclər Evi" sosial xidmət müəssisəsinin şəhid anaları ilə bağlı keçirdiyi aksiya sosial şəbəkələrdə etirazlara səbəb olub.


AFN xəbər verir ki, müəssisənin üzvləri 8 Mart münasibətilə şəhid analarına yönəlik aksiya keçiriblər. Onlar şəhid fotolarını üzlərinə maska edərək şəhid analarını təbrik ediblər. Şəhid analarını evdə və digər yerlərdə qarşılarına çıxaraq təbrik edən gənclərin bu addımı ciddi etirazlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunu pis düşünülmüş piar adlandıraraq, "Yevlax Gənclər Evini" sərt tənqid ediblər.
Xidmət müəssisəsinin rəhbəri Elgün Əzizov məsələ ilə bağlı AFN-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan şəkillər Yevlax rayonunun şəhidlərinin görüntüləridir: "Bu da şəhidlərin ailələri ilə qabaqcadan razılaşdırılmış və tədbirdən sonra şəhid ailələri tərəfindən müsbət qarşılanmış bir tədbirdir. Bizim də orda məqsədimiz budur: mesaj şəklində çatdırmaq istəmişik ki, şəhidlərimiz bizim üçün ölməzdir, bizim üçün yaşayır. Şəhərdə çəkiliş zamanı rast gəldiyimiz qadınların 8 mart bayramı şəhidlər adından təbrik edilib. Açıqcada şəhidlərimizin adı yazıldığı üçün şəkillərdən istifadə edilib ki, bilinsin ki, hansı şəhidin adından təbrik olunub. Ola bilər ki, kimsə elə başa düşər hansısa şəhid anasına onun övladının şəkli ilə yaxınlaşıb təbrik etmişik, elə deyil. Orada sadəcə şəhid anasını təbrik etmişik, ancaq hansı ki, adla yaxınlaşıb təbrik etmişik o ananın oğlu deyil. Başqa bir şəhidimizdir. Biz də düşünürük ki, övladının şəkli ilə anaya yaxınlaşıb təbrik etmək düz olmaz. Biz sadəcə şəhidlərimizin adından rayonlarımızda rast gəldiyimiz qadınları təbrik etmişik. O da elə şəhid ailələrinin özləri tərəfindən də müsbət qarşılanıb. Düzdür, hər bir paylaşımla bağlı hər kəs müsbət fikir yaza bilməz. Əsas odur ki, bizim tədbirlərlə bağlı yazılanların əksəyiyyəti müsbətdir. Sadəcə olaraq çəkilişin məzmununu başa düşməyənlər ola bilər, mənfi rəy yaza bilər. Biz "Yevlax Gənclər Evi" olaraq hər həftə bir şəhid ailəsi, Qarabağ əlili ilə görüşə gedirik. Qarabağ əlilinə psixoloji kurs təşkil etmişik.
Biz bayram keçirmirik. Ancaq Novruz bayramı ilə bağlı şəhid ailələri, Qarabağ ailələri ilə bağlı tədbir hazırlamışıq. Elələrinin övladları var ki, o dərəcədə xoş qarşılanıb ki, Bakıdadır məhz bu tədbir üçün gəlirlər. Ola bilər ki, siz rast gəlmisiz, kimsə çəkilişi kəsib, bir hissəsini paylaşıb,i guya biz şəhidin şəkli ilə şəhidin anasını təbrik etmişik, elə bir şey olmayıb".

NİGAR




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu