Azərbaycanda son sutkada yoluxma statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 240 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir.
Ölkədə son sutka ərzində 8 945 , hazırkı dövrədək isə 2 710 126 test aparılıb.