Azərbaycanda son sutkada koronavirusun statistikası
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 56444 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11547 nəfərdir.
Ölkədə son sutka ərzində 10632, hazırkı dövrədək isə 1363539 test aparılıb.