DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama


“Bloger Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb”.

Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, M.Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub: “Məlumatın yoxlanılması məqsədilə saxlanılan Mehman Hüseynovdan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Abşeron rayonu ərazisində saxlanılan M.Hüseynov bir neçə saat sonra sərbəst buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu