Hesablama Palatasının sədr müavini və auditorları təyin ediləcək şəxslərin adları açıqlanıb


“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Report”un xəbərinə görə, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Bundan əlavə, Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu