Hesablama Palatasına yeni auditor təyin edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi müzakirə olunaraq təsdiqlənib.
Onun namizədliyi parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə irəli sürülüb.
V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.