Gəncədə iki avtomobil toqquşdu, sürücü öldü


Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, hadisə martın 13-də saat 12 radələrində Gəncə şəhəri ərazisində baş verib.

Şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “Mercedes” və R.Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu