Şərurda yük maşını evin divarına çırpılıb, 3 nəfər ölüb


Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü və 2 sərnişini orada ölüb.

Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu