Tərtərdə iki avtomobil toqquşub, ölən var


Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən xəbərə görə, rayonunun Ələsgərli kəndi ərazisində Bərdə rayon sakini Amin Əsədov idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən Tərtər şəhər sakini A.Hüseynovun idarə etdiyi “VAZ-2102” markalı avtomobilə vurub . Qəza nəticəsində xəstəxanaya yerləşdirilən A.Əsədov orada ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu