Füzulidə avtomobil çaya aşıb, sürücü ölüb


Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Böyük Bəhmənli kəndi ərazisində Qarakollu kənd sakini Cehun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən “Quruçay” çayına aşırıb. Qəza nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu