Nikol Paşinyanın köməkçisi həbslərlə bağlı görüşlər keçirir


Ermənistanın baş naziri Nikol Paşinyanın köməkçisi Anna Vardapetyan son 1 ayda 3 dəfə Ali Məhkəmə Şurasında olub.



“Report” xəbər verir ki, bu barədə "Faktİnfo" məlumat yayıb.

Məlumata görə, baş nazirin köməkçisi Şuranın üzvü Qaqik Canqiryanla görüşüb.

Qeyd edilir ki, onlar müxtəlif işlər üzrə həbs məsələlərini müzakirə edib. Canqiryan baş nazirin köməkçisinin getməsindən sonra bu məsələlərlə maraqlanmağa başlayıb.

Xatırladaq ki, artıq bir müddətdir Paşinyanın köməkçisinin adı gizli yazışma ilə bağlı videomaterialda hallandırılır. Videogörüntüdə baş nazirin köməkçisinin məhkəmə proseslərinin keçirilməsinə kobud müdaxiləsi, müstəntiqin qərarlarını redaktə etməsi və Paşinyananın siyasi rəqiblərinin opponentləri bank sirri olan məlumatlar alması əks olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu