Türkiyədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclas keçirilib


Türkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclası keçirilib.


AFN xəbər verir ki, iki günlük toplantıda TBNM-ə üzv dövlətlərin dənizçilik, dəmir yolu idarələri, liman və logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Fərhad Quliyevin rəhbərliyi ilə keçən İşçi Qrupun iclasında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2020-ci il üzrə fəaliyyətinin yekunları və marşrut üzrə yaradılan rəqəmsal dəhlizlə bağlı reallaşdırılan pilot layihənin nəticələrinə dair hesabat dinlənilib.

Bundan başqa, toplantıda Qazaxıstan Respublikası və digər ölkələrdə intellektual mülkiyyət hüququnun qorunması, TBNM üzrə 2021-ci il üçün daşınma həcminin, tarif şərtlərinin və marketinq üzrə tədbirlər planının təsdiqlənməsi, marşrutun 2025-ci ilədək inkişaf strategiyasının hazırlanması, Avropa İttifaqında fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur.

Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu