Tanınmış erməni aktyoru İlham Əliyevi dəstəklədi, təzyiqlərə məruz qaldı - FOTO


Erməni aktyor Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın “Facebook” səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistanı qarışdırıb.


H.Azoyan Prezident İlham Əliyevin Qarabağ səfərindən olan fotolarının altında “İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın”,- deyə rəy yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarı kimi bilinən Azoyanın bu addımından sonra ona qarşı öz ölkəsində böyük təzyiqlər başladılıb. Ermənistanın ictimai simaları, humanitar və siyasi təşkilatlar onu satqınlıqda ittiham edib, sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid-təhqirlərə məruz qalıb. Daha sonra aktyor yazdığı şərhi silmək məcburiyyətində qalıb.

Məsələ erməni mediasında da geniş işıqlandırılıb və Hovhannes əleyhinə məqalələr dərc edilib. H.Azoyan ona qarşı aparılan kampaniyanın son qoyulması barədə feysbukda post paylaşıb. Aktyor sülhün tərəfdarı olduğunu qeyd edib: “Qoy mənə qarşı hər kəsin nifrəti, kin-küdurəti bitsin. Ürəyimdə sülh hökm sürür”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu