Türk ordusu Suriyada 8 terroristi zərərsizləşdirdi

Türk əsgərləri Suriya ərazisində 8 terroristi zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilib ki, "Barış pınarı" bölgəsində xidmət edən türk əsgərlərinə hücum edən PKK/YPG qüvvələrinə anında reaksiya verilib. Əks-əməliyyat sayəsində 8 terrorist zərərsizləşdirilib./Modern.az