Məşhur aktyordan “Barış Pınarı”na dəstək




“Ürəyimiz türk əsgərləri ilə birgə döyünür. Onların saçının bir telinə belə zərər dəyməyini istəmərik”.



AFN-in Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu məşhur türk aktyoru Kənan İmirzalıoğlu “Barış Pınarı” hərbi əməliyyatına münasibət bildirərkən deyib. O, qeyd edib ki, türk ordusu sülh naminə Suriya torpaqlarında xidmət edir: “Qəhrəman ordumuz sülh və sərhədlərimizdən terroru uzaqlaşdırmaq üçün yenə cəhbədədir. Aslanlar kimi hərbi xidmətlərini yerinə yetirib, sağ-salamat yurdumuza dönsünlər. Ürəyimiz onlarla döyünür. Bizə qarşı xaricdən bir təhdid olduğu zaman tək yumruqda birləşməyi bacarırıq. Bu da nəcib türk millətinin bir özəlliyidir”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində “Barış Pınarı” adlı antiterror əməliyyatı həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu