Lavrovun maskasındakı yazı diqqəti cəlb edib
Rusiya xarici işlər naziri Sergey Lavrovun Çində səfərdə ikən taxdığı maskanın üzərində yazı birmənalı qarşılanmayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirin taxdığı maskanın üzərindəki “FCKNG QRNTN” (“fucking quarantine” – sərbəst tərcümədə “lənətə gəlmiş karantin”) slenqi öz əksini tapıb.
Məlumata görə, bu qoruyucu maskanı ona ad günü münasibətilə (XİN başçısının ad günü ötən gün olub) jurnalistlər hədiyyə edib.