“Oğlum təcili yardım gələnə qədər canını tapşırdı” - Nazpəri Dostəliyeva


“Oğlum valideynlərimlə qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.


AFN xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün anidən baş verdiyini bildirib: “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu